Əsas Səhifə > Hadisə > Qaxda avtomobil piyadanı vuraraq öldürdü

Qaxda avtomobil piyadanı vuraraq öldürdü


26-02-2020, 20:59
Qaxda avtomobil piyadanı vuraraq öldürdü


Bu gün axşam saatlarında Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az-ın məlumatına görə, Qax sakini Məmmədəli Soltanov yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt