Qaxda avtomobil piyadanı vuraraq öldürdü
![]()
Bu gün axşam saatlarında Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın məlumatına görə, Qax sakini Məmmədəli Soltanov yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













