Əsas Səhifə > Hadisə > İmişlidə qadın piyadanı avtomobil vurdu
İmişlidə qadın piyadanı avtomobil vurdu27-02-2020, 20:08 |
|
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az Report-a istinad edərək bildirir ki, qəza Mürsəlli kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Ziyafət İslam qızı Əliyevanı avtomobil vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |