İmişlidə qadın piyadanı avtomobil vurdu
![]()
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az Report-a istinad edərək bildirir ki, qəza Mürsəlli kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Ziyafət İslam qızı Əliyevanı avtomobil vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













