Əsas Səhifə > Dünya > Qadının hədiyyəsi həyat yoldaşının ölümünə səbəb oldu

Qadının hədiyyəsi həyat yoldaşının ölümünə səbəb oldu


28-02-2020, 12:31
Qadının hədiyyəsi həyat yoldaşının ölümünə səbəb oldu

İngiltərənin Nort-Yorkşir qraflığının sakini Kristofer Sueyls paraşütlə tullandıqdan sonra həyatını itirib.

"Daily Mail" xəbər verir ki, 55 yaşlı K.Sueyls 53 yaşlı həyat yoldaşı Debora ilə ABŞ-ın Arizona ştatında istirahətə çıxıblar.

Evliliklərinin 30-cu ildönümü münasibəti ilə Debora həyat yoldaşına Qrand-Kanyon üzərindən paraşütlə tullanmağı hədiyyə edib.

Təlimçi ilə birgə tullanan Kristofer həyatını itirib. Təlimçi isə sadəcə ayağını sındıraraq sağ qalıb. /Oxu.az

Rubrika.az
Geri qayıt