Qadının hədiyyəsi həyat yoldaşının ölümünə səbəb oldu
![]()
İngiltərənin Nort-Yorkşir qraflığının sakini Kristofer Sueyls paraşütlə tullandıqdan sonra həyatını itirib.
"Daily Mail" xəbər verir ki, 55 yaşlı K.Sueyls 53 yaşlı həyat yoldaşı Debora ilə ABŞ-ın Arizona ştatında istirahətə çıxıblar.
Evliliklərinin 30-cu ildönümü münasibəti ilə Debora həyat yoldaşına Qrand-Kanyon üzərindən paraşütlə tullanmağı hədiyyə edib.
Təlimçi ilə birgə tullanan Kristofer həyatını itirib. Təlimçi isə sadəcə ayağını sındıraraq sağ qalıb. /Oxu.az
Rubrika.az
Facebook-da paylaş













