Əsas Səhifə > İdman > Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb
Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb3-03-2020, 13:00 |
|
Rubrika.az bu barədə Azərbaycan Basketbol Federasiyasının saytına istinadən məlumat verir. Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb. Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib. Geri qayıt |