Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb
![]()
Rubrika.az bu barədə Azərbaycan Basketbol Federasiyasının saytına istinadən məlumat verir.
Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.
Facebook-da paylaş











