Əsas Səhifə > Cəmiyyət > İcra nümayəndəliyinin yerləşdiyi binada yanğın
İcra nümayəndəliyinin yerləşdiyi binada yanğın4-03-2020, 09:21 |
|
Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 221 m² olan kənd icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları 80 m² sahədə yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Rubrika.Az Geri qayıt |