İcra nümayəndəliyinin yerləşdiyi binada yanğın
![]()
Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 221 m² olan kənd icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş












