Əsas Səhifə > İdman > Koronavirus Azərbaycan voleybol çempionatına da təsirsiz ötüşmədi
Koronavirus Azərbaycan voleybol çempionatına da təsirsiz ötüşmədi4-03-2020, 17:37 |
|
Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb. Rubrika.Az Voleybol Federasiyasının rəsmi "Facebook" ünvanına istinadən xəbər verir ki, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb. Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib. Rubrika.Az Geri qayıt |