Koronavirus Azərbaycan voleybol çempionatına da təsirsiz ötüşmədi
![]()
Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.
Rubrika.Az Voleybol Federasiyasının rəsmi "Facebook" ünvanına istinadən xəbər verir ki, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.
Rubrika.Az
Facebook-da paylaş















