Əsas Səhifə > Cəmiyyət > Rusiyaya gəlmiş İtaliya vətəndaşında koronavirus aşkarlanıb

Rusiyaya gəlmiş İtaliya vətəndaşında koronavirus aşkarlanıb


5-03-2020, 17:39
Rusiyaya gəlmiş İtaliya vətəndaşında koronavirus aşkarlanıb


Rusiyada koronavirusa yeni yoluxma faktı aşkar edilib.

AZƏRTAC xəbər verir ki, Rusiyada koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq qərargahının məlumatına görə, COVID-19 virusu İtaliya vətəndaşında aşkar edilib. O, Rusiyaya fevralın 29-da gəlib, martın 2-də tibb müəssisəsinə müraciət edib və onda koronavirus aşkarlanıb.

Qərargahın məlumatına görə, xəstənin vəziyyəti qənaətbəxşdir və o, müvafiq müalicə alır.


Rubrika.Az
Geri qayıt