Rusiyaya gəlmiş İtaliya vətəndaşında koronavirus aşkarlanıb

Rusiyada koronavirusa yeni yoluxma faktı aşkar edilib.
AZƏRTAC xəbər verir ki, Rusiyada koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq qərargahının məlumatına görə, COVID-19 virusu İtaliya vətəndaşında aşkar edilib. O, Rusiyaya fevralın 29-da gəlib, martın 2-də tibb müəssisəsinə müraciət edib və onda koronavirus aşkarlanıb.
Qərargahın məlumatına görə, xəstənin vəziyyəti qənaətbəxşdir və o, müvafiq müalicə alır.
Rubrika.Az
Facebook-da paylaş











