Əsas Səhifə > Hadisə > Saatlıda avtomobil 75 yaşlı qadını vuraraq öldürdü
Saatlıda avtomobil 75 yaşlı qadını vuraraq öldürdü5-03-2020, 20:53 |
![]() Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Rubrika.Az Musavat.coma-a istinadən bildirir ki, hadisə rayon mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb. Belə ki, Saatlı şəhər sakini, 1945-ci il təvəllüdlü Həsənova Həqiqət Soltan qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub. Ağır dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |