Saatlıda avtomobil 75 yaşlı qadını vuraraq öldürdü

Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Rubrika.Az Musavat.coma-a istinadən bildirir ki, hadisə rayon mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb.
Belə ki, Saatlı şəhər sakini, 1945-ci il təvəllüdlü Həsənova Həqiqət Soltan qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Ağır dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş















