Əsas Səhifə > İstisadiyyat > Ruslardan ərəblərə cavab gəldi - Neft böhranı dərinləşir
Ruslardan ərəblərə cavab gəldi - Neft böhranı dərinləşir9-03-2020, 17:33 |
|
Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft müharibəsi gərginliyi artmaqda davam edir. Rubrika.Az "Yeni Sabah"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının neft hasilatını artıraraq qiymətləri endirmək cəhdi Rusiya iqtisadiyyatına zərbə vurub. Rusiyanın “Rosneft” şirkəti də Ər-Riyada eyni şəkildə cavab verir və apreldə neft hasilatını artırmağı planlaşdırır: “Şirkət hər cür ssenariyə hazırdır. “Rosneft” neft hasilatını həftədə gündəlik təxminən 300 min barrel artıra bilər”, - şirkətdə çalışan mənbə bildirib. Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 25-30 dollar arasında dəyişməsinə 6-10 il dözə biləcəklərini açıqlayıb. Rubrika.Az Geri qayıt |