Ruslardan ərəblərə cavab gəldi - Neft böhranı dərinləşir
![]()
Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft müharibəsi gərginliyi artmaqda davam edir.
Rubrika.Az "Yeni Sabah"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının neft hasilatını artıraraq qiymətləri endirmək cəhdi Rusiya iqtisadiyyatına zərbə vurub.
Rusiyanın “Rosneft” şirkəti də Ər-Riyada eyni şəkildə cavab verir və apreldə neft hasilatını artırmağı planlaşdırır:
“Şirkət hər cür ssenariyə hazırdır. “Rosneft” neft hasilatını həftədə gündəlik təxminən 300 min barrel artıra bilər”, - şirkətdə çalışan mənbə bildirib.
Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 25-30 dollar arasında dəyişməsinə 6-10 il dözə biləcəklərini açıqlayıb.
Rubrika.Az
Facebook-da paylaş






