Əsas Səhifə > Hadisə > Bakıda 39 yaşlı kişi itkin düşdü
Bakıda 39 yaşlı kişi itkin düşdü9-03-2020, 17:35 |
|
Bakının Binəqədi rayonunda Abşeron rayonunun 39 yaşlı sakini Rəşad İsmayıl oğlu İsmayıl itkin düşüb. Bu barədə Rubrika.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Verilən məlumata görə, R.İsmayıl martın 7-də saat 21:00-da Binəqədi şosesində yerləşən idman zalının həyətindən sahib olduğu “Mercedes” markalı avtomobili ilə çıxıb. Bundan sonra 6-cı polis şöbəsinə kömək üçün müraciət edən R.İsmayılın yaxınları onun itkin düşdüyünü bildiriblər. R.İsmayılın axtarışları davam edir. Rubrika.Az Geri qayıt |