Bakıda 39 yaşlı kişi itkin düşdü
![]()
Bakının Binəqədi rayonunda Abşeron rayonunun 39 yaşlı sakini Rəşad İsmayıl oğlu İsmayıl itkin düşüb.
Bu barədə Rubrika.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Verilən məlumata görə, R.İsmayıl martın 7-də saat 21:00-da Binəqədi şosesində yerləşən idman zalının həyətindən sahib olduğu “Mercedes” markalı avtomobili ilə çıxıb.
Bundan sonra 6-cı polis şöbəsinə kömək üçün müraciət edən R.İsmayılın yaxınları onun itkin düşdüyünü bildiriblər. R.İsmayılın axtarışları davam edir.
Rubrika.Az
Facebook-da paylaş









