Əsas Səhifə > Dünya > Misir hərbi məhkəməsi 112 nəfəri ömürlük həbs cəzasına məhkum edib
Misir hərbi məhkəməsi 112 nəfəri ömürlük həbs cəzasına məhkum edib10-03-2020, 17:59 |
![]() Misirin hərbi məhkəməsi terrorçuluqda ittiham edilən 112 nəfər barəsində ömürlük həbs cəzası hökmü verib. AZƏRTAC xəbər verir ki, müttəhimlərə qarşı 14 terror aktında iştirak, o cümlədən polis məntəqələrinə silahlı hücum, prokuror köməkçisinə sui-qəsd üzrə ittihamlar irəli sürülüb. Məhkəmənin qərarında qeyd olunub ki, məhkum olunmuş şəxslər "Hazm" silahlı qruplaşmasının fəal üzvləridir. Misir ordusu və polisi 2013-cü ildən bəri "Müsəlman qardaşları" hərəkatının silahlı qanadı kimi fəaliyyət göstərən bu dəstəyə qarşı bir çox hərbi əməliyyatlar həyata keçirib. Rubrika.Az Geri qayıt |