Misir hərbi məhkəməsi 112 nəfəri ömürlük həbs cəzasına məhkum edib

Misirin hərbi məhkəməsi terrorçuluqda ittiham edilən 112 nəfər barəsində ömürlük həbs cəzası hökmü verib.
AZƏRTAC xəbər verir ki, müttəhimlərə qarşı 14 terror aktında iştirak, o cümlədən polis məntəqələrinə silahlı hücum, prokuror köməkçisinə sui-qəsd üzrə ittihamlar irəli sürülüb.
Məhkəmənin qərarında qeyd olunub ki, məhkum olunmuş şəxslər "Hazm" silahlı qruplaşmasının fəal üzvləridir. Misir ordusu və polisi 2013-cü ildən bəri "Müsəlman qardaşları" hərəkatının silahlı qanadı kimi fəaliyyət göstərən bu dəstəyə qarşı bir çox hərbi əməliyyatlar həyata keçirib.
Rubrika.Az
Facebook-da paylaş











