Əsas Səhifə > Dünya > Vaterlo şəhərinin meri: "Natəvanın abidəsi bərpa ediləcək"
Vaterlo şəhərinin meri: "Natəvanın abidəsi bərpa ediləcək"11-03-2020, 17:07 |
|
Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb. Rubrika.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mer məktubda vəziyyətin nəzarət altında olduğunu, polis orqanlarının təhqiqata başladığını qeyd edib. O bildirib ki, yazılı hesabat hazırlanıb, abidə bərpa ediləcək: "Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır". Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir. Rubrika.Az Geri qayıt |