Vaterlo şəhərinin meri: "Natəvanın abidəsi bərpa ediləcək"
![]()
Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.
Rubrika.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mer məktubda vəziyyətin nəzarət altında olduğunu, polis orqanlarının təhqiqata başladığını qeyd edib.
O bildirib ki, yazılı hesabat hazırlanıb, abidə bərpa ediləcək:
"Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır".
Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.
Rubrika.Az
Facebook-da paylaş









