Əsas Səhifə > Hadisə > Sumqayıt sakinindən narkotik vasitə götürülüb

Sumqayıt sakinindən narkotik vasitə götürülüb


11-03-2020, 17:49
Sumqayıt sakinindən narkotik vasitə götürülüb


Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini H.Bağırovdan 450 qram marixuana götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Rubrika.Az
Geri qayıt