Sumqayıt sakinindən narkotik vasitə götürülüb
![]()
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini H.Bağırovdan 450 qram marixuana götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş












