Əsas Səhifə > Dünya > Rusiyada yol qəzasında 5 nəfər öldü, 5-i yaralandı

Rusiyada yol qəzasında 5 nəfər öldü, 5-i yaralandı


11-03-2020, 18:17
Rusiyada yol qəzasında 5 nəfər öldü, 5-i yaralandı


Rusiyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, bir nəfər ağır olmaqla 5 nəfər yaralanıb.

Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza Rostov vilayətinin Millerov rayonunda qeydə alınıb.

Belə ki, martın 11-də M-4 “Don” şosesinin 859-cu km-liyində “Opel Vivaro” sərnişin mikroavtobusunun sürücüsü yuxuladığından qarşıdan gələn yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Yaralı halda xəstəxanaya aparılan daha bir nəfər orada həyatını itirib.


Rubrika.Az
Geri qayıt