Rusiyada yol qəzasında 5 nəfər öldü, 5-i yaralandı
![]()
Rusiyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, bir nəfər ağır olmaqla 5 nəfər yaralanıb.
Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza Rostov vilayətinin Millerov rayonunda qeydə alınıb.
Belə ki, martın 11-də M-4 “Don” şosesinin 859-cu km-liyində “Opel Vivaro” sərnişin mikroavtobusunun sürücüsü yuxuladığından qarşıdan gələn yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Yaralı halda xəstəxanaya aparılan daha bir nəfər orada həyatını itirib.
Rubrika.Az
Facebook-da paylaş














