Əsas Səhifə > Səhiyyə > Təcili yardım maşını qəzaya uğradı - Tibb işçiləri yaralandı
Təcili yardım maşını qəzaya uğradı - Tibb işçiləri yaralandı12-03-2020, 13:35 |
|
Bu gün səhər saatlarında Salyan-Biləsuvar avtomobil yolunda təcili yardım maşını qəzaya uğrayıb. Rubrika.Az-ın Report-a istinadən məlumatına görə, hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. Hadisə nəticəsində Bakıdan Lənkərana xəstə aparan təcili yardım briqadasının əməkdaşları - həkim, 1955-ci il təvəllüdlü Sidiqə Quliyeva və tibb bacısı, 1983-cü il təvəllüdlü Gülarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |