Təcili yardım maşını qəzaya uğradı - Tibb işçiləri yaralandı
![]()
Bu gün səhər saatlarında Salyan-Biləsuvar avtomobil yolunda təcili yardım maşını qəzaya uğrayıb.
Rubrika.Az-ın Report-a istinadən məlumatına görə, hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.
Hadisə nəticəsində Bakıdan Lənkərana xəstə aparan təcili yardım briqadasının əməkdaşları - həkim, 1955-ci il təvəllüdlü Sidiqə Quliyeva və tibb bacısı, 1983-cü il təvəllüdlü Gülarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













