Əsas Səhifə > Cəmiyyət > ETSN: Dumanlı hava martın 15-i günorta saatlarına kimi davam edəcək

ETSN: Dumanlı hava martın 15-i günorta saatlarına kimi davam edəcək


13-03-2020, 09:11
ETSN: Dumanlı hava martın 15-i günorta saatlarına kimi davam edəcək

“Bu gün axşam saatlarından başlayaraq respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur”.

Rubrika.Az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normadan bir qədər artıqdır.

“Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir”, - deyə A. Verdiyev vurğulayıb.

Rubrika.Az
Geri qayıt