ETSN: Dumanlı hava martın 15-i günorta saatlarına kimi davam edəcək
![]()
“Bu gün axşam saatlarından başlayaraq respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur”.
Rubrika.Az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev deyib.
O bildirib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normadan bir qədər artıqdır.
“Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir”, - deyə A. Verdiyev vurğulayıb.
Rubrika.Az
Facebook-da paylaş












