Əsas Səhifə > Hadisə > Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var


12-03-2020, 22:37
Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Qaxda yol qəzası olub.

Rubrika.Az Report-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Qax rayon sakini, 1988-ci il təvəllüdlü Vaqif Çingiz oğlu Heydərov və 1995-ci il təvəllüdlü Şövkət Murad oğlu Şahvələdov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Rubrika.Az
Geri qayıt