Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var
![]()
Qaxda yol qəzası olub.
Rubrika.Az Report-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Qax rayon sakini, 1988-ci il təvəllüdlü Vaqif Çingiz oğlu Heydərov və 1995-ci il təvəllüdlü Şövkət Murad oğlu Şahvələdov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Rubrika.Az
Facebook-da paylaş








