Əsas Səhifə > Dünya > Rusiyada son sutkada 11 nəfər koronavirusa yoluxub
Rusiyada son sutkada 11 nəfər koronavirusa yoluxub13-03-2020, 17:49 |
|
Son 24 saat ərzində Rusiyada koronavirusa yoluxanların sayı 34-dən 45-ə çatıb. Rubrika.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə operativ qərargahdan məlumat verilib. “Rusiya Federasiyasında bu günə kimi koronavirusa yoluxmuş 45 nəfər qeydə alınıb. Onlardan 42 nəfəri Rusiya, 2 nəfəri Çin Xalq Respublikası, bir nəfər isə İtaliya vətəndaşıdır”, - deyə bildirilib. Qeyd olunub ki, infeksiyaya yeni yoluxmuş 11 nəfər İtaliya, Fransa və Avstriyada olub. Rubrika.Az Geri qayıt |