Rusiyada son sutkada 11 nəfər koronavirusa yoluxub
![]()
Son 24 saat ərzində Rusiyada koronavirusa yoluxanların sayı 34-dən 45-ə çatıb.
Rubrika.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə operativ qərargahdan məlumat verilib.
“Rusiya Federasiyasında bu günə kimi koronavirusa yoluxmuş 45 nəfər qeydə alınıb. Onlardan 42 nəfəri Rusiya, 2 nəfəri Çin Xalq Respublikası, bir nəfər isə İtaliya vətəndaşıdır”, - deyə bildirilib.
Qeyd olunub ki, infeksiyaya yeni yoluxmuş 11 nəfər İtaliya, Fransa və Avstriyada olub.
Rubrika.Az
Facebook-da paylaş













