Əsas Səhifə > Dünya > Ermənistanın İstintaq Komitəsi rəhbərinin keçmiş müavini saxlanıldı
Ermənistanın İstintaq Komitəsi rəhbərinin keçmiş müavini saxlanıldı16-03-2020, 07:47 |
|
Ermənistanın İstintaq Komitəsi başçısının keçmiş müavini, 1 mart 2008-ci il qətlləri ilə bağlı cinayət işi üzrə axtarışa verilmiş Vaaqn Arutunyan Moskvada saxlanılıb. Rubrika.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS bildirib. “Ermənistanın sorğusu üzrə bu ölkənin vətəndaşı Vaaqn Arutunyan Moskvanın mərkəzində saxlanılıb. Onun vətənə ekstradisiyası haqqında məsələ həll ediləcək", - mənbə agentliyə deyib. Qeyd edək ki, Yerevan şəhərinin ümumi məhkəməsi 2018-ci ilin 30 dekabrında Vaaqn Arutunyanın ikinci dəfə həbsi haqqında qərar çıxarıb. Fevralın 6-da Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Geri qayıt |