Ermənistanın İstintaq Komitəsi rəhbərinin keçmiş müavini saxlanıldı
![]()
Ermənistanın İstintaq Komitəsi başçısının keçmiş müavini, 1 mart 2008-ci il qətlləri ilə bağlı cinayət işi üzrə axtarışa verilmiş Vaaqn Arutunyan Moskvada saxlanılıb.
Rubrika.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS bildirib.
“Ermənistanın sorğusu üzrə bu ölkənin vətəndaşı Vaaqn Arutunyan Moskvanın mərkəzində saxlanılıb. Onun vətənə ekstradisiyası haqqında məsələ həll ediləcək", - mənbə agentliyə deyib.
Qeyd edək ki, Yerevan şəhərinin ümumi məhkəməsi 2018-ci ilin 30 dekabrında Vaaqn Arutunyanın ikinci dəfə həbsi haqqında qərar çıxarıb. Fevralın 6-da Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
Facebook-da paylaş












