Əsas Səhifə > Hadisə > Yevlaxda avtomobil aşdı, xəsarət alan var

Yevlaxda avtomobil aşdı, xəsarət alan var


16-03-2020, 19:22
Yevlaxda avtomobil aşdı, xəsarət alan var


Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az-ın məlumatına görə, hərəkətdə olan BMW markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü, Yevlax şəhər sakini, 1994-cü il təvəllüdlü Ramazan Həsənov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt