Yevlaxda avtomobil aşdı, xəsarət alan var
![]()
Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın məlumatına görə, hərəkətdə olan BMW markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü, Yevlax şəhər sakini, 1994-cü il təvəllüdlü Ramazan Həsənov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş









