Əsas Səhifə > Cəmiyyət > Vilayət Eyvazov polis rəisini vəzifədən azad etdi

Vilayət Eyvazov polis rəisini vəzifədən azad etdi


17-03-2020, 17:35
Vilayət Eyvazov polis rəisini vəzifədən azad etdi


Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.



Rubrika.Az "Yeni Sabah"-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.


Rubrika.Az
Geri qayıt