Vilayət Eyvazov polis rəisini vəzifədən azad etdi
![]()
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.
Rubrika.Az "Yeni Sabah"-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Rubrika.Az
Facebook-da paylaş












