Əsas Səhifə > Səhiyyə > Çin koronavirusa təsir edən dərmanın adını açıqladı
Çin koronavirusa təsir edən dərmanın adını açıqladı18-03-2020, 09:20 |
|
Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Zanq Xinmin koronavirusa təsir edəcək dərmanın adını açıqlayıb. “HaberGlobal” məlumat verir ki, Z.Xinmin “Favipiravir” adlı bu dərmanın yeni növ koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirə bildiyini deyib. O, bu qənaətə 80 xəstə üzərində tədqiqat apardıqdan sonra gəlib. Z.Xinmin bu dərmanın yan təsirlərinin olmadığını da vurğulayıb. “Favipiravir”in 2014-cü ildən Yaponiyada apteklərdə satıldığı qeyd edilib. Rubrika.az Geri qayıt |