Çin koronavirusa təsir edən dərmanın adını açıqladı
![]()
Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Zanq Xinmin koronavirusa təsir edəcək dərmanın adını açıqlayıb.
“HaberGlobal” məlumat verir ki, Z.Xinmin “Favipiravir” adlı bu dərmanın yeni növ koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirə bildiyini deyib.
O, bu qənaətə 80 xəstə üzərində tədqiqat apardıqdan sonra gəlib.
Z.Xinmin bu dərmanın yan təsirlərinin olmadığını da vurğulayıb.
“Favipiravir”in 2014-cü ildən Yaponiyada apteklərdə satıldığı qeyd edilib.
Rubrika.az
Facebook-da paylaş













