Əsas Səhifə > Dünya > Pompeo Rusiyanı İdlibdə türk hərbçilərini qətlə yetirməkdə ittiham etdi
Pompeo Rusiyanı İdlibdə türk hərbçilərini qətlə yetirməkdə ittiham etdi18-03-2020, 09:38 |
|
ABŞ Dövlət Katibi Mayk Pompeo Rusiyanı Suriyanın İdlib bölgəsində onlarla türk əsgərini qətlə yetirməkdə ittiham edib. “Biz Rusiyanın öz hərbi əməliyyatları çərçivəsində onlarla türk hərbçisini qətlə yetirdiyindən əminik”, - deyə Pompeo əlavə edib. “New York Post” xəbər verir ki, Pompeo ABŞ-ın NATO üzrə tərəfdaşı olan Türkiyəni dəstəklədiyini bəyan edib. “İdlibdə və bütün Suriyada zorakılığa son qoymaq məqsədi ilə əlavə yardım məsələsini gözdən keçirəcəyik”, - deyə dövlət katibi vurğulayıb. Rubrika.az Geri qayıt |