Pompeo Rusiyanı İdlibdə türk hərbçilərini qətlə yetirməkdə ittiham etdi
![]()
ABŞ Dövlət Katibi Mayk Pompeo Rusiyanı Suriyanın İdlib bölgəsində onlarla türk əsgərini qətlə yetirməkdə ittiham edib.
“Biz Rusiyanın öz hərbi əməliyyatları çərçivəsində onlarla türk hərbçisini qətlə yetirdiyindən əminik”, - deyə Pompeo əlavə edib.
“New York Post” xəbər verir ki, Pompeo ABŞ-ın NATO üzrə tərəfdaşı olan Türkiyəni dəstəklədiyini bəyan edib.
“İdlibdə və bütün Suriyada zorakılığa son qoymaq məqsədi ilə əlavə yardım məsələsini gözdən keçirəcəyik”, - deyə dövlət katibi vurğulayıb.
Rubrika.az
Facebook-da paylaş








