Əsas Səhifə > Hadisə > Göyçayda məcburi köçkünü bıçaqlayan şəxsin istintaqı başa çatıb
Göyçayda məcburi köçkünü bıçaqlayan şəxsin istintaqı başa çatıb19-03-2020, 17:26 |
|
Göyçayda adam bıçaqlamaqda təqsirləndirilən Kamil Həsrətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Rubrika.Az Report-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası aprelin 1-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Göyçay Texnologiya Kollecinin yaxınlığında baş verib. Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsrətov Kamil Famil oğlu Şuşa rayonundan olan məcburi köçkün, 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlunun ürək nahiyəsindən 1 bıçaq zərbəsi vurub. K.Həsrətova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. Rubrika.Az Geri qayıt |