Göyçayda məcburi köçkünü bıçaqlayan şəxsin istintaqı başa çatıb
![]()
Göyçayda adam bıçaqlamaqda təqsirləndirilən Kamil Həsrətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Rubrika.Az Report-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası aprelin 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Göyçay Texnologiya Kollecinin yaxınlığında baş verib.
Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsrətov Kamil Famil oğlu Şuşa rayonundan olan məcburi köçkün, 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlunun ürək nahiyəsindən 1 bıçaq zərbəsi vurub.
K.Həsrətova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
Rubrika.Az
Facebook-da paylaş











