Əsas Səhifə > Cəmiyyət > Almaniya, Macarıstan və Türkiyədən daha 49 nəfər Azərbaycana təxliyə edilib

Almaniya, Macarıstan və Türkiyədən daha 49 nəfər Azərbaycana təxliyə edilib


19-03-2020, 18:24
Almaniya, Macarıstan və Türkiyədən daha 49 nəfər Azərbaycana təxliyə edilib


Almaniya, Macarıstan və Türkiyədən daha 49 nəfər Azərbaycan vətəndaşı təxliyə edilib.

Rubrika.Az-ın məlumatına görə, Azərbaycan vətəndaşları bu gün saat 15:00 radələrində Türkiyə-Gürcüstan sərhədində Sarp gömrük keçid məntəqəsindən Gürcüstan ərazisinə daxil olublar.

Onlar Gürcüstan tərəfinin ayırdığı xüsusi avtobuslarla polisin müşayiəti altında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriliblər və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriliblər.


Rubrika.Az


Geri qayıt