Almaniya, Macarıstan və Türkiyədən daha 49 nəfər Azərbaycana təxliyə edilib
![]()
Almaniya, Macarıstan və Türkiyədən daha 49 nəfər Azərbaycan vətəndaşı təxliyə edilib.
Rubrika.Az-ın məlumatına görə, Azərbaycan vətəndaşları bu gün saat 15:00 radələrində Türkiyə-Gürcüstan sərhədində Sarp gömrük keçid məntəqəsindən Gürcüstan ərazisinə daxil olublar.
Onlar Gürcüstan tərəfinin ayırdığı xüsusi avtobuslarla polisin müşayiəti altında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriliblər və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriliblər.
Rubrika.Az
Facebook-da paylaş












